Veteranların gücü: Ronaldo və Pepe

Bakı, 22 may, Sporaz.tv

AVRO-2024-də Türkiyə millisinin rəqiblərindən olan Portuqaliyanın heyəti açıqlanıb. 39 yaşlı Ronaldo 6-cı Avropa çempionatında iştirak edəcək. 41 yaşlı Pepe də rekordu qırmaq üçün meydançaya çıxacaq.



Sporaz.tv xəbər verir ki,  Roberto Martinez Portuqaliya yığmasının heyətini açıqlayıb.

AVRO-2004-də debütündən bəri bütün turnirlərdə qol vuran Ronaldo indiyədək 14 dəfə toru silkələyib. Ulduz futbolçu ötən il seçmə mərhələdə 10 qol vurub. 



Karyerasını Səudiyyə Ərəbistanında davam etdirən Ronaldo “Əl Nəsr” forması ilə bütün yarışlarda 41 matçda 42 qol vurub, 13 məhsuldar ötürmə edib. Martinez performansına görə təriflə dolu idi. 



6-cı dəfə Avropa çempionatına qatılacaq Ronaldo komandanın ən yaşlısı deyil. Çünki heyətdə daha bir simvolik ad var, Pepe.

Bir müddət “Beşiktaş“da da çıxış edən müdafiəçinin 41 yaşı var. Bu il “Porto”nun ayrılmaz hissəsi olan Pepe 38 matçda meydana çıxıb, komandası Çempionlar Liqasının son 16-sında iştirak edib, liqanı “Sportinq” və “Benfika”dan sonra üçüncü pillədə başa vurub.



Martinez:“Onun performansı hələ də yaxşıdır”.

Vüqar ALIŞOV