Verstappen və Norris artıq yarışlara birlikdə getmirlər

Bakı, 11 noyabr, Sporaz.tv

Lando NorrisMaks Verstappenin münasibətləri artıq əvvəlki kimi yaxın deyil.

Sporaz.tv xəbər verir ki, Maks Verstappen və Lando Norris əvvəllər tez-tez eyni təyyarədə yarışlara gedirdilər, lakin indi bu vərdişindən əl çəkiblər.

Aralarındakı rəqabət iki pilotun münasibətlərini çətinləşdirməklə yanaşı, birlikdə keçirdikləri vaxtın da sona çatmasına səbəb olub.

Keçmiş Formula 1 sürücüsü Ralf Şumaxer bu məsələyə toxunub: “Maks və Lando artıq birlikdə uçmurlar, həmişə eyni təyyarədə səyahət edirdilər. Onların hələ də dost olub-olmadığını bilmirəm, amma çempionluq uğrunda mübarizə aparırlarsa, dost qalmaq çətin olacaq”.

Norrisin Verstappenlə bağlı son şərhləri bu gərginliyin artmasına səbəb olub.

Braziliya Qran Prisindən sonra Norris Verstappenin uğurunu “şans” amili ilə əlaqələndirib.

Üçqat dünya çempionu Verstappenin ölkəsi Hollandiyada bu şərhə reaksiyalar dərhal olub.

Hollandiyalı yarışçı Tom Coronel De deyib: “Bu, şansdan çox strateji seçim məsələsi idi. Bu seçim riskli idi, lakin sonda öz bəhrəsini verdi”.

Məhəmməd Qasımov

Leave a Reply