Verstappen F1-i təqvimin son hissəsinə görə tənqid edir

Bakı, 18 noyabr, Sporaz.tv

Max Verstappen mövsümün son hissəsini vaxt fərqinə görə tənqid edib.

Sporaz.tv xəbər verir ki, 2024 Formula 1 mövsümünün bitməsinə üç yarış qaldığından bütün sürücüləri çətin təqvim gözləyir.

Verstappen 2024-cü ilin son hissəsinin hamı üçün yorucu olacağını deyir. Hollandiyalı pilot, “Həmişə dediyim kimi, təqvimdə çoxlu yarışlar var, amma mənim üçün problem Veqas və Qətər arasındakı saat fərqidir. Las-Veqasdan bir neçə gün sonra biz tamamilə fərqli bir məkan olan Qətərə gedəcəyik. Bundan qısa müddət sonra Abu Dabidə mövsüm başa çatacaq”,- dedi.Qətərdə saatlar Amerikanın Nevada ştatından 11 saat irəlidədir. Üstəlik, Las-Veqas Qran Prisi gecələr keçirilir ki, bu da əsasən Avropa vaxtı ilə alışmış sürücülərə mənfi təsir göstərir. Veqas və Qətər arasındakı uçuş məsafəsi iki yarışın yorucu olmasının başqa bir səbəbidir. Qran Pri həftə sonları arasında 13 min kilometrdən çox yol qət edilməlidir ki, bu da planlaşdırılmış uçuşla təxminən 18 saat davam edir.

Məhəmməd Qasımov

Leave a Reply