Velosipedin ən prestijli turu başlayır

Bakı, 28 iyun, Sporaz.tv

Yol velosipedinin ən mühüm yarışı olan “Tour de France“ın 111-ci yarışına sabah start veriləcək.

Sporaz.tv xəbər verir ki, İtaliya və İspaniya turları ilə “böyük tur” adlanan yolvelosipedi mövsümünün ən əhəmiyyətli üç yarışından biri olan təşkilat bu ilin 29 iyun – 21 iyul tarixləri arasında keçiriləcək.

1903-cü ildən təşkil edilən turların ən qədimi və ən prestijlisi sayılan “Tour de France”da 22 komandadan 176 idmançı mübarizə aparacaq.

Turun son mərhələsi Paris 2024 Olimpiya Oyunlarına hazırlıqla əlaqədar ilk dəfə paytaxt Parisdən kənarda keçiriləcək. Bu səbəbdən İtaliya turun tarixində ilk dəfə “Tour de France”ın açılış mərhələsinə ev sahibliyi edəcək.

“Tour de France” Monaco ile Nice  arasında fərdi vaxt sınağı mərhələsi ilə tamamlanacaq. Tur 35 ildən sonra ilk dəfə olaraq vaxt sınağı finalı ilə başa çatacaq.

Ümumi uzunluğunun 3 min 498 kilometr olması planlaşdırılan turun İtaliya, San Marino, Fransa və Monakodan keçəcək.

8 düzənlik, 7 dağ, 4 təpə və 2 fərdi vaxt sınağı olmaqla 21 mərhələdən ibarət olan turun dırmanma hissələri Apennin (İtaliya), İtaliyan və Fransa Alpları, Massif Central və Pireney dağlarında keçiriləcək.

Ümumilikdə 2,3 milyon avro pul mükafatının paylanacağı 111-ci “Tour de France”ın ümumi təsnifat çempionuna 500 min avro mükafat veriləcək.