Vedat Muriqi 1 xal gətirdi

Bakı, 19 avqust, Sporaz.tv

La Liqanın ilk həftəsində “Mallorca“, doğma meydanda “Real Madrid“lə 1:1 hesablı heç-heçə edib. “Mallorca”nın qolunu Vedat Muriqi vurub.

 Sporaz.tv məlumat verir ki, La Liqada mövsümün açılış matçında “Mallorca” və “Real” üz-üzə gəlib

Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb. Real Madridin qolu 13-cü dəqiqədə Rodriqodan gəlib. “Mallorca”, 53-cü dəqiqədə Vedat Muriqinin başla vurduğu qolla hesabı bərabərləşdirib.

Bu nəticə ilə komandalar mövsümə hərəyə 1 xalla başlayıb. “Real Madrid” liqanın ikinci həftəsində doğma meydanda “Valladolid”lə qarşılaşacaq.

Real Madridin Türkyəli futbolçusu Arda Güler ​​84-cü dəqiqədə oyuna daxil olub.

Ferland Mendy Real Madriddə 90+7. dəqiqədə qırmızı vərəqə aldı.