Bakı,3 may,Sporaz.tv
Meydanda qanlar içində qaldığı da görüldü. Komanda yoldaşlarını danladığı da. Ancaq kapitan Carles Puyolun vaz keçdiyi əsla görünmədi.
Ona “El Tiburon” yəni, “köpəkbalığı” deyirdilər. Tutduğunu da,dişlədiyini də qoparırdı çünki. 1.78 boy bir müdafiəçi üçün nisbətən qısa idi. Luis Enriquenin kareyrası bitdikdən sonra kapitanlıq 25 yaşındakı Puyola verildi.
4-0 öndə olarkən komanda rahat olardısa, gedib tək-tək danlayar,4-0 geridə olarkən, vaz keçən olarsa, qarşısına alıb qışqıra-qışqıra qaçmasını söyləyərdi. Zədəsindən sonrakı ilk oyununda Pique ona meydanda “Təkrar xoş gəldin,Kapitan!”dedikdə, “Sus və oyununu oyna!” reaksiyasını vermişdi.
Xərçəng müalicəsindən sonra Abidalın kapitanlıq sarğısını taxıb,Çempionlar Liqası kubokunu qaldırdı. Həmin müddətdə Barcelonanın direktorluq təklifini rədd etdi.
Barcelona əfsanələri sırasında öz yerini tutan “El Tiburon”un futbolu buraxmasından10 il ötüb.Amma buna baxmayaraq hələ də azarkeşlər tərəfindən sevilən biridir.
O, karyerasını başa vurarkən bu sözləri demişdi: “Bir çox uğur qazandım. Qürur duyduğum bir ailədən ayrılıram. Çox xoşbəxtəm.”