VAR qərarı stadionun ekranında açıqlandı

Bakı, 15 iyun, Sporaz.tv

2024-cü il futbol üzrə Avropa çempionatında AlmaniyaŞotlandiya matçında VAR qərarları stadionun ekranlarında əks olunub.

Sporaz.tv xəbər verir ki, AVRO-2024-ün açılış matçında Almaniya və Şotlandiya üz-üzə gəlib.

Almaniya – Şotlandiya matçında iki dəfə VAR-a baxılıb.

Matçın gedişində qəbul edilən VAR rəyləri ilə bağlı qərarlar stadionun ekranlarında öz əksini tapıb.

2024-cü il Avropa Futbol Çempionatının ilk oyununda Almaniyanın iki penalti mövqeyinə VAR baxışı aparılıb. İlk VAR baxışında mövqe cərimə meydançasının xaricində olduğu üçün ləğv edilib.

Bahar Rüstəm