Van Bronckhorstdan Muci açıqlaması

Bakı, 12 avqust, Sporaz.tv

Trendyol Super Liqasının ilk həftəsində “Samsunspor” və “Beşiktaş” qarşılaşıb. Beşiktaş ilk yarıda vurduğu qollarla matçı 2-0 qazanıb. “Beşiktaş”ın baş məşqçisi Giovanni van Bronckhorst qələbəni dəyərləndirib.

Sporaz.tv xəbər verir ki, mövsümün ilk rəsmi matçında “Galatasaray”a qalib gələrək Superkuboku qazanan “Beşiktaş” Superliqadakı ilk oyununda “Samsunspor”un qonağı olub.

31-ci dəqiqədə Rafa Silva və 36-cı dəqiqədə Paulistanın vurduğu qollarla Beşiktaş 2-0 qalib gəlib.

“Beşiktaş”ın baş məşqçisi Giovanni van Bronckhorst “beIN SPORTS”a açıqlama verib.

Hollandiyalı çalışdırıcı “Qələbə ilə başlamaq çox vacib idi. Yer üzündən çətin şəraitdə oynadığımızı deməliyəm. Komandamın daha yaxşısını edə biləcəyini bilirəm. Ardıcıl 2 matçdır qol buraxmırıq. Yaxşılaşdırmamız lazım olan şeylər var və mən ikinci hissədə çox yaxşı olmadıq. Taktiki dəyişikliklər etdik” dedi.

“Galatasaray” və “Samsunspor” matçlarında oyuna daxil edilməyən Muci haqda danışan Giovanni van Bronckhorst “Oyunçulara qərar verən mənəm. Güclü müdafiəyə malik oyunçuları yerləşdirməyi seçdim. Güclü heyətimiz var. Lazım olduqda istifadə edə biləcəyimiz oyunçular bizdə var, bu gün belə oldu” dedi.

Bahar Rüstəm