Ümumdünya Şahmat Olimpiadası: Millimiz 3-cü qələbəsini qazanıb

Bakı, 15 sentyabr, Sporaz.tv

Azərbaycanın qadınlardan ibarət millisi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbəsini qazanıb.

Sporaz.tv “Report”-a istinadən xəbər verir ki, Sloveniya ilə qarşılaşan təmsilçilərimiz üçüncü dəfə üstünlük əldə ediblər.

Günay Məmmədzadə – Laura Umuk 1:0

Ülviyyə Fətəliyeva – Zala Urx 0,5:0,5

Gövhər Beydullayeva – Lara Yanzel 1:0

Gülnar Məmmədova – Teya Vidiç 0,5:0,5

Qeyd edək ki, qadınlardan ibarət yığmamız buna qədər Nikaraqua (4:0) və Avstraliyadan (3:1) üstün olub. Argentina ilə isə heç-heçə edib. (2:2)

Leave a Reply