“Uimbldon” turnirinin çempionu, Çexiyalı tennisçi olub

Bakı, 14 iyul, Sporaz.tv

Çexiyalı tennisçi Barbora Kreyçikova qadınlar arasında “Uimbldon” turnirinin çempionu olub.

Sporaz.tv “Report” -a istinadən xəbər verir ki, o, final görüşündə italiyalı Jasmin Paoliniyə qalib gəlib – 6:2, 2:6, 6:4.

28 yaşlı Kreyçikovanın dünya reytinqində 32-cidir. WTA turnirlərin 7 qat qalibidir. 2021-ci ildə Fransa Açıq Çempionatının qalibi olub və elə həmin il cütlüklərin yarışında Olimpiya çempionu titulunu qazanıb.