Uğurcan Çakırdan transfer cavabı

Bakı, 31 iyul, Sporaz.tv

Trabzonspor“un kapitanı Uğurcan Çakır, “Ruzomberok” matçına hazır olduqlarını və turu qələbə ilə keçmək istədiklərini bildirib. Təcrübəli futbolçu transfer durumu ilə bağlı: “Təklif gəlsə, dəyərləndirəcəyik. Gedib-getməmək çox önəmli deyil. Bütün fikrimi işimə kökləmişəm və edəcəm” -deyə o, açıqlama verib.

Sporaz.tv məlumat verir ki, UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində sabah “Ruzomberok”u qəbul edəcək “Trabzonspor”un kapitanı Uğurcan Çakır, oyun öncəsi açıqlama verib.

Ruzomberok matçı ilə bağlı Uğurcan Çakır, “İlk matçdan üstün hesabla qayıdırıq. İlk matç olduğu üçün forma vəziyyəti var. İstədiyimiz oyunu göstərə bilmədik, ancaq üstünlüklə qayıtdıq. İlk matçlar çətin keçdi, rəqibimizə qələbə ilə hazırıq”. -dedi.

Uğurcan Çakır sözlərini belə davam etdirib: “Avropa çempionatında millimizlə 40-45 gün keçirdim. Orada yaxşı turnir keçirdik. Türkiyə millisində oynayıb-oynamamağımız çox önəmli deyil. Bayrağı təmsil edirik. 8 günlük tətilim var idi və komandama ən yaxşı şəkildə xidmət etdim. Mən və komandamız üçün yaxşı bir gün idi bu performans.”-deyə bildirib.

Uğurcan Çakır transferlə bağlı sualı belə cavablandırıb: “Hər mövsüm transferlə adım hallanır. Ən yaxşısını deyək. Burada 100 faizimlə çalışacağam. Təklif gəlsə, dəyərləndirəcəyik. Çox da önəmli deyil. getsəm də, getməsəm də bütün diqqətimi işimə yönəldirəm və edəcəm”.