Uğurcan Çakır Gisdoldan üzr istəyib

Bakı , 5 may , Sporaz.tv

“Samsunspor”a səfərdə 3:1 hesabı ilə uduzan “Trabzonspor”un qapıçısı Uğurcan Çakır qarşılaşmadan sonra rəqib komandanın çalışdırıcısı Markus Qisdola doğru hərəkət edərək kameralara tuş gəlib.

Sporaz.tv xəbər verir ki, Trendyol Super Liqasında “Yılport Samsunspor” – “Trabzonspor” matçından sonra “qırmızı-ağlılar”ın çalışdırıcısı Markus Qisdol qələbəni qeyd etmək üçün meydançaya yollanarkən “Trabzonspor”un kapitanı Uğurcan Çakır alman çalışdırıcıya müdaxilə edib.

Matçdan sonra təşkil edilən mətbuat konfransında Markus Gisdol :” Uğurcan Çakırla yaşananlar açıq-aydın çox da xoşagələn bir şey deyildi, amma meydanda qalsa daha yaxşı olar”.

Təcrübəli qapıçı Uğurcan Çakır da sosial media hesabında məsələ ilə bağlı paylaşım edib.

Çakır: “Bu, matçın atmosferində baş verən bir hadisədir. Baş məşqçim Markusdan üzr istəyirəm”.

Vüqar Alışov