UFC ulduzunu tanınmaz hala gətirən nokaut:

Bakı,13 may,Sporaz.tv

Dieqo Ferreyra UFC-nin ulduzlarından olan polşalı döyüşçü Mateuş Rebekkinin məğlubiyyətsizlik seriyasına son qoyub. Qarşılaşmada nokautla uduzan Rebekinin tanınmaz hala düşməsi və uzun müddət rinqdən uzaq qalacağı gözlənilir.

Sporaz.tv xəbər verir ki, UFC-nin ulduzlarından olan Mateusz Rebekkinin 2014-cü ildən bəri məğlub olmayan 16 oyunluq məğlubiyyətsizlik seriyası ağır nokautla başa çatıb.

Matçın ilk dövrəsinə yaxşı başlayan Rebeki üçün 2-ci dövrədən etibarən işlər dəyişdi. Rəqibi Dieqo Ferreyraya böyük fərq qoyan Rebeki üzünə ardıcıl ağır zərbələrlə nokauta düşüb. Matçdan sonra xəstəxanaya yerləşdirilən Rebeki, demək olar ki, tanınmaz hala düşüb.

Vüqar ALIŞOV