Bakı, 9 iyul, Sporaz.tv
Futbol üzrə Uels millisinin yeni baş məşqçisi müəyyənləşib.
Sporaz.tv xəbər verir ki, bu barədə Uels Futbol Assosiasiyası məlumat yayıb.
Yığma “Craig Bellamy”yə tapşırılıb. 48 yaşlı mütəxəssin müqaviləsi 2028-ci ilin yayınadək nəzərdə tutulub. O, bu postda Rob Peyci əvəzləyib.
Qeyd edək ki, Craig Bellamy 1998-2013-cü illər aralığında Uels millisinin formasını geyinib.
Mənbə: Report