“UEFA”dan türkiyəli hakimə vəzifə

Bakı, 13 avqust, Sporaz.tv

FİFA lisenziyalı türkiyəli hakim Atilla Karaoğlan, UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin sabah Qazaxıstanın Astana və Rumıniyanın Corvinul komandaları arasında keçiriləcək revanş oyununu idarə edəcək.

Sporaz.tv xəbər verir ki, bu gün UEFA Avropa Konfrans Liqasında cavab görüşlərinə start veriləcək.

Türkiyə Futbol Federasiyasından verilən məlumata görə, Qazaxıstanın Almatı şəhərindəki Almaty Ortalyk Stadionunda 18:00-da başlayacaq Konfrans Liqası matçını Atilla Karaoğlan idarə edəcək, köməkçiləri isə Ceyhun Sesigüzel və Abdullah Bora Özkara olacaq.

Matçın dördüncü hakimi Çağdaş Altaydır. VAR funksiyasını Erkan Engin, AVAR funksiyasını isə Onur Özütoprak yerinə yetirəcək.