UEFA reytinqi: Azərbaycanın mövqeyi sabit qaldı

Bakı, 19 iyul, Sporaz.tv

UEFA reytinqin cədvəlini yeniləyib.

Sporaz.tv xəbər verir ki, siyahıda Azərbaycanın mövqeyi dəyişməyib. “Zirə” Avropa Liqasında “Sheriff”lə matçda (1:2) məğlub olduğu üçün ölkəmizin aktivinə xal yazılmayıb.

Azərbaycan 17 min xalla 25–ci pillədə qərarlaşıb. 55 ölkənin reytinq siyahısına İngiltərə (89.160) başçılıq edir.