UEFA reytinqi: Azərbaycanın mövqeyi sabit qalıb

Bakı, 23 avqust, Sporaz.tv

Azərbaycanın ötən həftə ilə müqayisədə UEFA reytinqində mövqeyi dəyişməyib.

Sporaz.tv “Report” -a istinadən xəbər verir ki, bu, avrokuboklarda pley-off mərhələsinin ilk oyunlarından sonra baş verib.

26-cı sırada yer alan ölkənin əmsalı 18,875-ə bərabərdir.

Qarabağ” Çempionlar Liqasında Xorvatiyada “Dinamo” (Zaqreb) kollektivinə uduzub – 0:3.

Zirə” isə UEFA Konfrans Liqasında Kiprdə “Omonaiya“ya məğlub olub – 0:6.

25-ci pillədəki Kiprin 19,225, 27-ci yerdəki Bolqarıstanın 18,625 əmsalı var.

55 ölkənin yer aldığı reytinq siyahısına İngiltərə (89.303) başçılıq edir.