UEFA-nın Merih Demirala verdiyi cazaya vitse-prezident Yılmazdan reaksiya

Bakı, 5 iyul, Sporaz.tv

Vitse-prezident Cevdet Yılmaz Merih Demiralın boz qurd işarəsi ilə vurduğu qolu qeyd etdiyi üçün UEFA tərəfindən 2 oyunluq cəzalandırılmasına reaksiya verib.

Sporaz.tv xəbər verir ki, Merih Demirala boz qurd işarəsi ilə qolu qeyd etdiyi üçün UEFA-nın 2 oyunluq cəzasına reaksiyalar var. Son olaraq vitse-prezident Cevdet Yılmaz məsələ ilə bağlı açıqlama verib.

Yılmaz sosial media hesabındakı paylaşımında AVRO-2024-ün son 16 turunda oynanılan Avstriya matçında “boz qurd” jestinə görə türk futbolçu Merih Demirala UEFA İntizam Komitəsinin 2 oyunluq cəzalandırılmasına münasibət bildirib. Qərarın qəbuledilməz olduğunu deyən Yılmaz:

“Biz qərarın liberal və ədalətli yanaşma ilə və müdafiə faylını ciddi şəkildə araşdıraraq düzəldilməsini gözləyirik. Futbolun həyəcanı və gözəlliyi qərəzli qərarlarla kölgədə qalmamalıdır”.

Bahar Rüstəm