UEFA-nın keçmiş prezidenti maraqlı təklif irəli sürüb

Bakı, 20 sentyabr, Sporaz.tv

UEFA-nın keçmiş prezidenti və əfsanəvi futbolçu Michel Platini açıqlamasında futbolda inqilab edəcək bir təklif irəli sürüb.

Sporaz.tv xəbər verir ki, Michel Platini futbolun dəyişməli olduğunu iddia edərək, maraqlı bir təklif edib. RMC Sport-a danışan Platini bildirib ki, onun yaş qrupuna aid olan insanlar hazırkı matçlara baxmır və oyunun dəyişməsi lazımdır.

Platini açıqlamasında, “Bəlkə də bir komanda 10 oyunçudan ibarət olmalıdır. 1900-cü ildə futbol 11-ə qarşı 11 oynanılırdı, amma o zaman oyunçular daha az və daha yavaş qaçırdılar. Ona görə də oyunçuların sayını azaltmaq yaxşı bir şey ola bilər .”-sözlərini deyib.

Platini açıqlamasına belə davam edib: “Mənim dövrümün insanları oyunda özlərini tapa bilmədiklərinə görə artıq futbola çox baxmırlar. Bu gün biz keçmişə nəzəzrən daha çox ötürmə edirik, topa sahib olmaq oyununda ötürmələr daha çoxdur. Mən tənqid etmirəm. Amma mənim kimi daha çox hücum futbolu yaşamış insanlar bunu başa düşmürlər”-deyib.

Leave a Reply