UEFA Millətlər Liqası: Slovakiya – Azərbaycan matçının hakimləri bəlli olub

Bakı, 5 sentyabr, Sporaz.tv

UEFA Millətlər Liqasının II turunda keçiriləcək SlovakiyaAzərbaycan oyununun təyinatları bəlli olub.

Sporaz.tv xəbər verir ki, qarşılaşma Polşadan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Damian Silvestrjaka Pavel Sokolniçki və Adam Karaseviç kömək göstərəcəklər.

Dördüncü hakim funksiyasını Martsin Koçanek yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 8-də təşkil olunacaq Slovakiya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Mənbə:Report