UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk xalını qazanmağı bacarıb

Bakı, 16 noyabr, Sporaz.tv

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində ilk xalını qazanıb.

Sporaz.tv xəbər verir ki, Qəbələ şəhər stadionundakı C Liqasının I qrupunun oyunu qolsuz heç-heçə ilə yekunlaşıb.

Azərbaycan millisi əvvəlki dörd qarşılaşmada Estoniya (1:3), Slovakiya (0:2, 1:3) və İsveçə (1:3) uduzub.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi yığma sonuncu – VI turun görüşündə səfərdə İsveçlə qarşılaşacaq. Matç noyabrın 19-da, Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

19:02

UEFA Millətlər Liqasının Azərbaycan Estoniya matçında ikinci hissə başlayıb.

Sporaz.tv xəbər verir ki, C Liqasının I qrupunun görüşündə hesab açılmayıb.

Qarşılaşmanı şotlandiyalı FIFA referisi Con Biton idarə edir.

18:47

UEFA Millətlər Liqasının Azərbaycan Estoniya matçında ilk hissə başa çatıb.

Sporaz.tv xəbər verir ki, C Liqasının I qrupunun görüşündə hesab açılmayıb.

Qarşılaşmanı şotlandiyalı FIFA referisi Con Biton idarə edir.

18:00

UEFA Millətlər Liqasının Azərbaycan Estoniya matçına start verilib.

Sporaz.tv xəbər verir ki, C Liqasının I qrupunun görüşü Qəbələ şəhər stadionunda keçirilir.

Qarşılaşmanı şotlandiyalı FIFA referisi Con Biton idarə edir.

Leave a Reply