UEFA Konfrans Liqası: Bu gün “Zirə” cavab matçına çıxacaq

Bakı, 29 avqust, Sporaz.tv

“Zirə” bu gün UEFA Konfrans Liqasında növbəti oyununu keçirəcək.

Sporaz.tv məlumat verir ki , Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv pley-off mərhələsinin cavab matçında Bakıda Kiprin “Omoniya” klubu ilə üz-üzə gələcək.

Qarşılaşma saat 20:00-da start götürəcək. Görüşü Latviyadan olan hakim Vitaliys Spasyonnikovs idarə edəcək.UEFA Konfrans LiqasıPley-off mərhələsi, cavab oyunu29 avqust20:00. “Zirə” – “Omoniya” (Kipr)Baş hakim: Vitaliys SpasyonnikovsBakı, “Liv Bona Dea Arena”.

Qeyd edək ki, tərəflər arasındakı ilk oyunda Kipr təmsilçisi 6 cavabsız qolla qalib gəlib.

Mənbə: Report