UEFA Jude Bellinghamı cəzalandırıb

Bakı, 5 iyul, Sporaz.tv

UEFA 2024-cü il futbol üzrə Avropa çempionatında Slovakiya ilə oyunda vurduğu qoldan sonra etdiyi hərəkətə görə Jude Bellinghama 30 min avro cərimə və 1 oyunluq cəza verildiyini açıqlayıb.

Bu gün AVRO-2024-də 1/4 final oyunlarına start veriləcək.

Bu matçlardan əvvəl UEFA Jude Bellinghamla bağlı başladılan istintaqla bağlı qərarını açıqlayıb.

Sporaz.tv məlumata əsasən, Bellinghama 30 min avro cərimə və 1 oyunluq cəza verildiyi bildirilib.

Bellinghamın qadağasının 1 il ərzində təkrarlanacağı təqdirdə keçərli olacağı bildirilib.

Jude Bellingham 2024-cü il Avropa Futbol Çempionatında İngiltərə millisinin Slovakiya ilə son 16 tur matçında komandasının bərabərlik qoluna imza atıb.

Bellinghamın qoldan sonra Slovakiya ehtiyat oyunçular skamyasına keçməsi ilə əlaqədar araşdırma başladılıb.

Qarşılaşmadan sonra sosial şəbəkədə açıqlama verən gənc futbolçu “Matça gələn bəzi yaxın dostlarıma qarşı etdiyim zarafat idi. Slovakiya komandasına göstərdikləri oyuna görə hörmət edirəm” deyib. O, aşağıdakı ifadələrdən istifadə edib: