UEFA-dan türk hakimlərə vəzifə

Bakı, 16 iyul, Sporaz.tv

FİFA lisenziyalı hakimləri Kadir Sağlam, Zorbay Küçük və Bahattin Şimşək UEFA Konfrans Liqasında 18 iyul Cümə axşamı günü keçiriləcək 1-ci təsnifat mərhələsinin revanş oyunlarını idarə edəcək.

Sporaz.tv xəbər verir ki, UEFA Konfrans Liqasında iyulun 18-i Cümə axşamı günü keçiriləcək 1-ci təsnifat mərhələsinin revanş oyunlarında FIFA lisenziyalı hakimlər Kadir Sağlam, Zorbay Küçük və Bahattin Şimşək vəzifə yerinə yetirəcək.

Türkiyə Futbol Federasiyasından (TFF) verilən məlumata görə, Lüksemburqun “Diddeleng” və Andorranın “Atletic Escaldes” komandaları arasında keçiriləcək matçı Kadir Sağlam idarə edəcək. Sağlamın köməkçiləri Abdullah Bora Özkara və Mehmet Emin Tuğral olacaq. Matçın dördüncü hakimi funksiyasını Murat Erdoğan yerinə yetirəcək.

Litvanın “Zalgiris Vilnius” və Finlandiyanın VPS komandaları arasında keçiriləcək qarşılaşmada Bahattin Şimşək fit çalacaq. Şimşəkin köməkçiləri Murat Tuğberk Curbay və Deniz Caner Özaral olacaq. Matçın dördüncü hakimi Ümit Öztürk olacaq.

Bosniya və Herseqovinanın Sarajevo və Qazaxıstanın “Aktobe” komandaları arasında keçiriləcək oyunu Zorbay Küçük idarə edəcək. Küçükün köməkçiləri İbrahim Çağlar Uyarcan və Furkan Ürün olacaq. Matçın dördüncü hakimi funksiyasını Cihan Aydın yerinə yetirəcək.

Bahar Rüstəm