UEFA-dan qalmaqal yaradan səhv

Bakı, 4 iyul, Sporaz.tv

UEFA-nın rəsmi saytının fransız versiyasında yer alan görüntüdə AVRO-2024-də 1/4 finala yüksələn komandalar arasında Türkiyə deyil, Avstriya da yer alıb. Görüntü uzun müddət belə qaldıqdan sonra UEFA səhvini düzəltdi.

Sporaz.tv xəbər verir ki, AVRO-2024-ün 1/4 finalçılarının görüntüsündə UEFA-nın buraxdığı qalmaqallı səhv böyük təsir bağışladı. UEFA-nın rəsmi saytının fransız versiyasında yer alan görüntüdə Türkiyə milli komandası 1/4 finalçı kimi göstərilməyib. Şəkildə Avstriya Hollandiyanın 1/4 finaldakı rəqibi kimi görünür, lakin saytdakı xəbərlərdə şəklin altında Avstriyanın deyil, əsl 1/4 finalçı Türkiyənin adı yer alırdı.

Görüntü uzun müddət efirdə qaldıqdan sonra UEFA səhvini düzəldib və Türkiyənin 1/4 finalçı kimi yer aldığı görüntünü öz saytında paylaşıb.

Saytdakı səhv şəkil:

Bahar Rüstəm