UEFA-dan Morata və Rodriyə 1 oyunluq cəza

Bakı, 7 avqust, Sporaz.tv

UEFA İspaniyanın AVRO-2024-ün qalibiyyətini qeyd edərkən Alvaro Morata Rodri “Cəbəllütariq ispandır” şüarları səsləndirən iki futbolçunu cəzalandırıb.

Sporaz.tv məlumat verir ki, Cəbəllütariq Futbol Federasiyası İspaniya milli komandasının üzvü Alvaro Morata və Rodrinin “Cəbəllütariq ispandır” şüarını səsləndirməsi ilə bağlı UEFA-ya şikayət etmişdi. UEFA, 2 futbolçu ilə bağlı qərarı açıqlayıb.

UEFA Nəzarət, Etika və İntizam Şurası, “ümumi davranış prinsiplərinə əməl etməmək, əsas ədəb qaydalarını pozmaq, idman tədbirlərində qeyri-idman nümayişləri üçün istifadə etmək və futbol idmanını nüfuzdan salmaq , xüsusilə də UEFA-nı nüfuzdan salmaq”- kimi cəzalarla hər iki futbolçuya 1 oyunluq cəza verib.

Cəbəllütariq Futbol Federasiyası, UEFA-ya etdiyi şikayətdə şüarların son dərəcə təxribatçı və alçaldıcı olduğunu, bu ifadələrin futbolda yeri olmadığını bildirib.