UEFA-dan hakim Abdulkadir Bitigenə vəzifə

Bakı, 23 iyul, Sporaz.tv

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində sabah Andorranın Santa Coloma və Danimarkanın Midtjylland komandaları arasında keçiriləcək matçı FIFA lisenziyalı hakim, Abdulkadir Bitigen idarə edəcək.

Sporaz.tv xəbər verir ki, Andorranın La Vella şəhərindəki, Estadi Nacional Stadionunda oynanılacaq və GMT ilə saat 21:00-da başlayacaq qarşılaşmada Bitigenin köməkçiləri İbrahim Çağlar Uyarcan və Mustafa Savranlar olacaq.

Matçın dördüncü hakimi vəzifəsinə Ümit Öztürk, VAR-a Hakan Ceylan, AVAR-a isə Koray Gençerler təyin olunub.