UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsi

Bakı, 12 avqust, Sporaz.tv

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə sabah keçiriləcək cavab görüşləri ilə yekun vurulacaq.

Sporaz.tv xəbər verir ki, klublar səviyyəsində Avropa futbolunun ən mühüm turnirində sabah keçiriləcək yarışlarla pley-off mərhələsinə vəsiqə qazanan 10 komanda müəyyənləşəcək.

Sabah keçiriləcək UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunlarının təqvimi belədir:

20.00 APOEL (Yunan Kipr) – Slovan Bratislava (Slovakiya) (0-2)

20.00 Bodo/Glimt (Norveç) – Jagiellonia (Polşa) (1-0)

20.00 “Fenerbahçe”(Türkiyə) – Lille (Fransa) (1-2)

20.00 Twente (Hollandiya) – Salzburg (Avstrya) (1-2)

20.30 PAOK (Yunanıstan) – Malmö (İsveç) (2-2)

21.00 Ludogorets (Bolqarıstan) – Qarabağ (Azərbaycan) (2-1)

21.00 Ferencvaros (Macarıstan) – Midtjylland (Danimarka) (0-2)

21.30 FCSB (Romanya) – Sparta Prag (Çexya) (1-1)

21.30 Union Saint-Gilloise (Belçika) – Slavia Prag (Çexya) (1-3)

21.45 Rangers (Şotlandiya) – Dinamo Kiev (Ukrayna) (1-1)

Bahar Rüstəm