Bakı, 12 avqust, Sporaz.tv
UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə sabah keçiriləcək cavab görüşləri ilə yekun vurulacaq.
Sporaz.tv xəbər verir ki, klublar səviyyəsində Avropa futbolunun ən mühüm turnirində sabah keçiriləcək yarışlarla pley-off mərhələsinə vəsiqə qazanan 10 komanda müəyyənləşəcək.
Sabah keçiriləcək UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunlarının təqvimi belədir:
20.00 APOEL (Yunan Kipr) – Slovan Bratislava (Slovakiya) (0-2)
20.00 Bodo/Glimt (Norveç) – Jagiellonia (Polşa) (1-0)
20.00 “Fenerbahçe”(Türkiyə) – Lille (Fransa) (1-2)
20.00 Twente (Hollandiya) – Salzburg (Avstrya) (1-2)
20.30 PAOK (Yunanıstan) – Malmö (İsveç) (2-2)
21.00 Ludogorets (Bolqarıstan) – Qarabağ (Azərbaycan) (2-1)
21.00 Ferencvaros (Macarıstan) – Midtjylland (Danimarka) (0-2)
21.30 FCSB (Romanya) – Sparta Prag (Çexya) (1-1)
21.30 Union Saint-Gilloise (Belçika) – Slavia Prag (Çexya) (1-3)
21.45 Rangers (Şotlandiya) – Dinamo Kiev (Ukrayna) (1-1)
Bahar Rüstəm