UEFA Çempionlar liqası: “Young boys” “Galatasaray”ı məğlub etdi

Bakı, 22 avqust, Sporaz.tv

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk görüşündə Galatasaray (Qalatasaray) klubu, İsveçrə komandası Young Boys (Yanq Boys)-un qonağı olub.

Sporaz.tv  xəbər verir ki, “Stad de Syuiss”də baş tutan oyun ,İstanbul təmsilçisinin 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

“Sarı-qırmızılar”ın heyətində Michy Batshuayi dubl müəllifi olub. Abdulkadir Bardakçı isə qırmızı vərəqə alaraq meydanı vaxtından əvvəl tərk edib.

Qeyd edək ki, komandalar arasında cavab görüşü,avqustun 27-si Türkiyədə baş tutacaq.