Bakı, 6 avqust, Sporaz.tv
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qarabağ” – “Ludogorets” (Bolqarıstan) matçı başa çatıb.
Sporaz.tv xəbər verir ki, qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bolqarıstan klubunun heyətində Diniş Almeida (56) və Kayo Vidal (87) fərqlənib. “Qarabağ”dan Juninho 65-ci dəqiqədə rəqib qapısına yol tapıb.
89-cu dəqiqədə K.Vidal qırmızı vərəqə ilə meydandan qovulub.
Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 13-də keçiriləcək.
21:49
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qarabağ” – “Ludogorets” (Bolqarıstan) matçında 3-cü qol vurulub.
Sporaz.tv xəbər verir ki, Bolqarıstan klubundan Kayo Vidal hesab arasındakı 87-ci dəqiqədə fərqi artırıb – 1:2.
Vidal 89-cu dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub.
“Qarabağ”dan Juninho 65-ci dəqiqədə rəqib qapısına yol tapıb. Qonaqlardan Diniş Almeida 56-cı dəqiqədə fərqlənib.
21:27
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qarabağ” – “Ludogorets” (Bolqarıstan) matçında hesab bərabərləşib.
Sporaz.tv xəbər verir ki, Juniniyo 65-ci dəqiqədə rəqib qapısına yol tapıb – 1:1.
Qonaqlardan isə Diniş Almeyda 56-cı dəqiqədə fərqlənib.
21:19
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qarabağ” – “Ludogorets” (Bolqarıstan) matçında hesab açılıb.
Sporaz.tv xəbər verir ki, qonaqların futbolçusu Diniş Almeyda 56-cı dəqiqədə fərqlənib – 0:1
Qarşılaşmanın baş hakimi isveçrəli Urs Şniderdir.
21:05
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ” – “Ludogorets” (Bolqarıstan) matçında ikinci hissə başlayıb.
Sporaz.tv xəbər verir ki, hazırda davam edən oyunda hesab açılmayıb.
Qarşılaşmanın baş hakimi isveçrəli Urs Şniderdir.
20:51
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ” – “Ludogorets” (Bolqarıstan) matçında ilk hissə başa çatıb.
Sporaz.tv xəbər verir ki, komandalar fasiləyə qolsuz yollanıb.
Qarşılaşmanın baş hakimi isveçrəli Urs Şniderdir.
20:00
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ” – “Ludogorets” (Bolqarıstan) matçı start götürüb.
Sporaz.tv xəbər verir ki, görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Qarşılaşmanın baş hakimi isveçrəli Urs Şniderdir.