UEFA Çempionlar Liqası: “Fenerbahçe” səfərdə məğlub oldu

Bakı, 6 avqust, Sporaz.tv

00:27

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Fenerbahçe”- “Lill” matçı sona çatıb.

Sporaz.tv məlumat verir ki, matç, ev sahibinin 2:1 üstünlüyü ilə yekunlaşıb.

“Lill” komandasından qolları 12-ci dəqiqədə Tiago Santos, 90+1-ci dəqiqədə Zhegrova atıb.

Sarı-göylü klubun 79-cu dəqiqədə atdığı qolun müəllifi isə İrfan Can Kahveci olub.

00:23

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Fenerbahçe”- “Lill” matçında səfərdə ev sahibi, fərqi 2-yə yüksəltdi.

Sporaz.tv məlumat verir ki, “Lill” komandası 90+1 dəqiqədə “Fenerbahçe” qapısına 2-ci qolunu atıb.

Zhegrova, özünün ilk, komandasının isə ikinci qolu atıb.

00:12

Avrokuboklarda turu hədəfləyən “Fenerbahçe”, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk matçında hesabı bərabərləşdirməyi bacarıb.

Sporaz.tv məlumat verir ki, sarı- göylülər, matçın 79-cu dəqiqəsində İrfan Can Kahvecinin atdığı qol ilə hesabı bərabərləşdirməyi bacarıb.

Lill 1:1 Fenerbahçe

22 : 43

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Fenerbahçe”- “Lill” matçında “Lille”(Lill) hesabı açdı.

Sporaz.tv xəbər verir ki, matçın 12-ci dəqiqəsində “Lill” hesabı açmağı bacarıb.

Tiago Santos, atıdğı qolla komandsını fərqləndirib.

22:30

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk matçında səfərdə “Fenerbahçe “-“Lill”(Lill) ilə qarşılaşır.

Sporaz.tv xəbər verir ki, matç yerli vaxtla saat 22:30-da start götürüb.

Rəqiblər, “Hainaut” stadionunda mübarizə aparırlar.