Bakı, 7 noyabr, Sporaz.tv
UEFA Çempionlar Liqasının 4-cü həftəsində “İnter” “Arsenal“-ı qəbul edib.
Sporaz.tv xəbər verir ki, Giuseppe Meazza stadionunda baş tutan qarşılaşma “İnter”-in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandanın yeganə qoluna 45+3-cü dəqiqədə Türkiyə millisinin futbolçusu Hakan Çalhanoğlu imza atıb.
Nəhənglər Liqasında ardıcıl 3-cü qələbəsini qazanan “İnter” xallarını 10-a yüksəldib. 2024-2025 mövsümündə ilk məğlubiyyətini alan “Arsenal” 7 xalla qalıb.