Bakı, 7 noyabr, Sporaz.tv
UEFA Çempionlar Liqasının Liqa mərhələsində IV tura bu gün yekun vurulub.
Sporaz.tv xəbər verir ki, son oyun günündə doqquz qarşılaşma baş tutub.
Fransa klubu PSJ evdə İspaniyanın “Atletiko” komandası ilə qarşılaşıb. İngiltərə “Arsenal”ı səfərdə “İnter”in (İtaliya) qonağı olub. İspaniya təmsilçisi “Barselona” isə Serbiyada “Srvena Zvezda” ilə üz-üzə gəlib.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
IV tur
6 noyabr
21:45. “Brügge” (Belçika) – “Aston Villa” (İngiltərə) 1:0
21:45. “Şaxtyor” (Ukrayna) – “Yanq Boys” (İsveçrə) 2:1
00:00. “Bavariya” (Almaniya) – “Benfika” (Portuqaliya) 1:0
00:00. PSJ (Fransa) – “Atletiko” (İspaniya) 1:2
00:00. “İnter” (İtaliya) – “Arsenal” (İngiltərə) 1:0
00:00. “Feyenoord” (Niderland) – “Zaltsburq” (Avstriya) 1:3
00:00. “Srvena Zvezda” (Serbiya) – “Barselona” (İspaniya) 2:5
00:00. “Sparta” (Çexiya) – “Brest” (Fransa) 1:2
00:00. “Ştutqart” (Almaniya) – “Atalanta” (İtaliya) 0:2
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində V tur noyabrın 26–da start götürəcək.
Xatırladaq ki, ötən gün baş tutmuş qarşılaşmalarda “Milan” səfərdə “Real Madrid” üzərində inamlı qələbə qazanmış, “Liverpul” isə evdə “Bayer”i darmadağın etmişdi.