Bakı, 7 noyabr, Sporaz.tv
UEFA Çempionlar Liqasının 4-cü həftəsində “PSG” öz meydanında “Atletico Madrid“-i qəbul edib.
Sporaz.tv xəbər verir ki, Parc des Princesdə keçirilən qarşılaşma qonaq komanda “Atletico Madrid”-in 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb.
İspaniya yığmasına qələbə qazandıran qolları 18-ci dəqiqədə Nahuel Molina, 90+3 dəqiqədə Angel Correa vurub.
“PSG”-nin yeganə qoluna 14-cü dəqiqədə Warren Zaire-Emery imza atıb.
Bu nəticə ilə “Atletico Madrid” xallarını 6-ya yüksəldib. Nəhənglər Liqasının 2024-2025 mövsümündə ikinci məğlubiyyətini alan “PSG” isə 4 xalda qalıb.