Bakı, 19 iyul, Sporaz.tv
Dünən keçirilən 6 oyunla UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab görüşlərinə yekun vurulub.
Sporaz.tv xəbər verir ki, futbol üzrə Avropa çempionatının klublar səviyyəsində 2 nömrəli turnirinin 1-ci təsnifat mərhələsində dünən 6 qarşılaşma keçirilib.
Nəticələrdən sonra təşkilatın ikinci təsnifat mərhələsinə Wisla Krakow, Ruzomberok, Elfsborg, Sheriff, Corvinul Hunedoara və Botev Plovdiv yüksəlib.
Qarşılaşmaların nəticələri aşağıdakı kimidir:
Llapi-Wisla Krakow: 1-2, 0-2
Tobol-Ruzomberok: 1-0, 2-5
Paphos-Elfsborg: 2-5, 0-3
Zirə–Sheriff: 1-2, 1-0 (4-5 penaltilərlə)
Corvinul Hunedoara-Paksi: 0-2, 4-0
Maribor-Botev Plovdiv: 2-2, 1-2