UEFA Avropa Liqasına yüksələn komandalar bəlli olub

Bakı, 19 iyul, Sporaz.tv

Dünən keçirilən 6 oyunla UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab görüşlərinə yekun vurulub.

Sporaz.tv xəbər verir ki, futbol üzrə Avropa çempionatının klublar səviyyəsində 2 nömrəli turnirinin 1-ci təsnifat mərhələsində dünən 6 qarşılaşma keçirilib.

Nəticələrdən sonra təşkilatın ikinci təsnifat mərhələsinə Wisla Krakow, Ruzomberok, Elfsborg, Sheriff, Corvinul Hunedoara və Botev Plovdiv yüksəlib.

Qarşılaşmaların nəticələri aşağıdakı kimidir:

Llapi-Wisla Krakow: 1-2, 0-2

Tobol-Ruzomberok: 1-0, 2-5

Paphos-Elfsborg: 2-5, 0-3

ZirəSheriff: 1-2, 1-0 (4-5 penaltilərlə)

Corvinul Hunedoara-Paksi: 0-2, 4-0

Maribor-Botev Plovdiv: 2-2, 1-2