UEFA Avropa liqası: “Tottenham”10 nəfərlə “Qarabağ”ı məğlub etdi

Bakı, 26 sentyabr, Sporaz.tv

Qarabağ” UEFA Avropa Liqası liqa mərhələsinin ilk turu çərçivəsində səfərdə “Tottenham”-ın qonağı olub.

Sporaz.tv xəbər verir ki, yerli vaxtla saat 23:35-də “Tottenham Hotspur” stadionunda start götürən qarşılaşma rəqib komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Rəqib komandadan 12-ci dəqiqədə Brennan Johnson, 53-cü dəqiqədə Pape Matar Sarr, matçın 68-ci dəqiqəsində isə D. Solanke fərqlənib.

Qarşılaşmanın 7-ci dəqiqəsində Radu Drequşin qırmızı vərəqə ilə cəzalanıb. Beləliklə rəqib komanda mübarizəni 10 nəfərlə davam etdirib.

Qeyd edək ki, təmsilçimiz “Qarabağ” növbəti oyununu evdə “Malmö”-yə qarşı keçirəcək. Matç, 3 oktyabr yerli vaxt saat 20:45-də start götürəcək.

01:03

UEFA Avropa Liqasının Liqa mərhələsinin “Tottenham” – “Qarabağ” matçında rəqib komanda 3-cü qolunu atıb.

Sporaz.tv xəbər verir ki, “Tottenham Hotspur” stadionundakı matçın 68-ci dəqiqəsində D. Solanke komandasının 3-cü qoluna imza atıb.

Hazırda hesab 3:0-dır.

00:48

UEFA Avropa Liqasının Liqa mərhələsinin “Tottenham” – “Qarabağ” matçında rəqib komanda növbəti qolunu atıb.

Sporaz.tv  xəbər verir ki, “Tottenham Hotspur” stadionundakı matçın 53-cü dəqiqəsində Pape Matar Sarr fərqlənib – 2:0.

Qeyd edək ki, London təmsilçisi meydanda 10 nəfərlə mübarizə aparır. 7-ci dəqiqədə Radu Drequşin qırmızı vərəqə ilə cəzalanıb.

00:24

UEFA Avropa Liqasının Liqa mərhələsinin “Tottenham” – “Qarabağ” matçında birinci hissə başa çatıb.

Sporaz.tv xəbər verir ki, rəqib komanda fasiləyə 1:0 üstünlüklə yollanıb.

Brennan Johnson, 12-ci dəqiqədə özünün və komandasının ilk qoluna imza atıb.

Qeyd edək ki, “Tottenham” oyunu 10 nəfər heyətlə davamç etdirir.

23:49

UEFA Avropa Liqasının Liqa mərhələsinin “Tottenham” – “Qarabağ” matçında hesab açılıb.

Sporaz.tv xəbər verir ki, “Tottenham Hotspur” stadionunda “Tottenham” 12-ci dəqiqədə hesabı açmağı bacarıb.

Qolun müəllifi Brennan Johnsondur.

Qeyd edək ki, qarşılaşmanın 7-ci dəqiqəsində Radu Drequşin Juninhoya qarşı kobud oyuna görə meydandan qovulub. Hazırda rəqib 10 nəfərlə mübarizəni davam etdirir.

23:35

UEFA Avropa Liqasının Liqa mərhələsinin “Tottenham” – “Qarabağ” matçı başlayıb.

Qarşılaşma “Tottenham Hotspur” stadionunda start götürüb.

Matç, CBC Sport-da canlı yayımlanır.

Leave a Reply