Bakı, 30 avqust, Sporaz.tv
UEFA Avropa liqasında bu gün püşk atma mərasimi keçirilib. Mərasimdə təmsilçimiz “Qarabağ“-ın rəqibləri bəlli olub.
Qeyd edək ki, “Köhlən Atlar” play-off mərhələsində “Dinamo Zagreb”-ə 5:0 hesabı ilə məğlub olaraq Çempionlar Liqası ilə vidalaşıb və oyununu Avropa liqası ilə davam etdirir.
Sporaz.tv “Köhlən atlar”-ın qarşılaşacağı komandaların siyasını təqdim edir.
1. “Qarabağ”- ” Tottenham” (İngiltərə)- Səfər oyunu
2. “Qarabağ”- “Ajax” ( Hollandiya) – Ev oyunu
3. “Qarabağ”-“Olympiacos” (Yunanıstan) – Səfər oyunu
4. “Qarabağ”-“Lyon” (Yunanıstan) – Ev oyunu
5. “Qarabağ”-“Malmö” (İsveç)- Ev oyunu
6. “Qarabağ”-“Bodo Glimt” (Norveç)- Səfər oyunu
7. “Qarabağ”-“FCSB” (Rumıniya) – Ev oyunu
8. “Qarabağ” – “Elfsborg” (İsveç)- Səfər oyunu
İlk oyunlarının 25-26 sentyabr tarixlərində oynanılacağı Avropa Liqasının final oyunu 2025-ci il mayın 21-də İspaniyanın Bilbao şəhərindəki San Mames stadionunda keçiriləcək.