Bakı, 24 oktyabr, Sporaz.tv
22:30
“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda Ajax (Ayaks)-a (Niderland) məğlub olub.
Sporaz.tv xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma qonaq komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Təmsilçimiz 15-ci dəqiqədə Julio Romaonun qırmızı vərəqə alaraq meydandan qovulmasından sonra matça azlıqla davam edib. Hesabı isə 36-cı dəqiqədə Kenneth taylor açıb. Amsterdam təmsilçisi 74-cü dəqiqədə Wout Weightun penalti zərbəsini dəqiq yerinə yetirməsindən sonra fərqi ikiyə çatdırıb. Görüşdə yekun qolun müəllifi 77-ci dəqiqədə Chuba Akpom olub.
79-cu dəqiqədə isə Ağdam klubunun heyətində Elvin Cəfərquliyev ikinci sarı vərəqənin ardından qırmızı vərəqə alıb. Bununla da “Qarabağ” oyunu 9 nəfərlə tamamlayıb.
Matçı şotlandiyalı baş hakim Nikolas Uolş idarə edib.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiiyi kollektiv Avropa Liqasında növbəti oyununu noyabrın 7-də Norveç təmsilçisi “Bodø/Glimt ”ə qarşı keçirəcək.
22:28
UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun “Qarabağ”- “Ajax” (Ayaks) oyununda Ağdam təmsilçisinin daha bir futbolçusu qırmızı vərəqə ilə cəzalandırılıb.
Sporaz.tv xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda Elvin Cəfərquliyev 79-cu dəqiqədə ikinci sarı vərəqənin ardından qırmızı vərəqə görüb.
Daha əvvəl, 15-ci dəqiqədə Julio Romao qırmızı vərəqə almışdı.
Xatırladaq ki, hazırda hesab 3:0-dır.
22:25
UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun “Qarabağ”- “Ajax” (Ayaks) oyununda üçüncü qol vurulub.
Sporaz.tv xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar fərqi bir qədər də artırıblar – 3:0.
77-ci dəqiqədə Chuba Akpom dəqiq zərbə müəllifi olub.
“Qarabağ” meydanda azlıqda mübarizə aparır. 15-ci dəqiqədə Julio Romao qırmızı vərəqə alıb.
22:20
UEFA Avropa Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində baş tutan “Qarabağ”- “Ajax” (Ayaks) matçında ikinci qol qeydə alınıb.
Sporaz.tv xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar üstünlüyünü iki topa çatdırıb – 2:0.
74-cü dəqiqədə Wout Weight fərqlənməyi bacarıb.
21:52
UEFA Avropa Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində baş tutan “Qarabağ”- “Ajax” (Ayaks) matçında ikinci hissə start götürüb.
Sporaz.tv xəbər verir ki, Tofiq Bəhrəmov adına Respublika stadionunda baş tutan qarşılaşmanın ilk hissəsi qonaq komandanın 1-0 üstünlüyü ilə başa çatıb.
Qeyd edək ki, “Qarabağ” hazırda oyuna 10 nəfərlik heyətlə davam edir.
21:45
UEFA Avropa Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində baş tutan “Qarabağ”- “Ajax” (Ayaks) matçında ilk hissə başa çatıb.
Sporaz.tv xəbər verir ki, Niderland təmsilçisi fasiləyə 1:0 öndə yollanıb.
Qeyd edək ki, Tofiq Bəhrəmov adına Respublika stadionunda baş tutan qarşılaşma, 20:45-də start götürüb.
21:22
UEFA Avropa Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində baş tutan “Qarabağ”- “Ajax” (Ayaks) matçında hesab açılıb.
Sporaz.tv xəbər verir ki, matçın 36-ci dəqiqəsində rəqib komanda fərqlənməyi bacarır. Qolun müəllifi Tenneth Taylordur.
Qeyd edək ki, təmsilçimiz hazırda meydanda azlıqla mübarizə aparır. Julio Romao 15-ci dəqiqədə qırmızı kart alaraq meydandan qovulub.
21:01
UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun “Qarabağ” – Ajax (Ayaks) oyununda Ağdam təmsilçisinin futbolçusu qırmızı vərəqə alıb.
Sporaz.tv xəbər verir ki, oyunun 15-ci dəqiqəsində Julio Romao qırmızı kart alaraq meydandan qovulub.
Qeyd edək ki, matç Tofiq Bəhrəmov adına Respublika stadionunda, saat 20:45-də start götürüb.
20:45
“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində Bakıda Niderlandın “Ajax” (Ayaks) klubunu qəbul edir.
Sporaz.tv xəbər verir ki, Tofiq Bəhrəmov adına Respublika stadionunda baş tutan qarşılaşma saat 20:45-də start götürüb.
Matçı şotlandiyalı baş hakim Nikolas Uolş idarə edir.
Bahar Rüstəm