UEFA açılış çempionatının ən yaxşı futbolçusu kim oldu?

Bakı, 15 iyun, Sporaz.tv

Almaniyada keçirilən Avropa çempionatının açılış görüşünün ən yaxşı futbolçusu müəyyənləşib.

Sporaz.tv məlumat verir ki, Almaniya Şotlandiya milliləri arasında matçın ən yaxşı futbolçusu meydan sahiblərinin üzvü Jamal Musiala seçilib.

21 yaşlı yarımmüdafiəçi komandasının 5:1 hesabı ilə qələbə qazandığı qarşılaşmada ikinci qolun müəllifi olub.

Oyuna start heyətində başlayan J.Musiala 74-cü dəqiqədə əvəzlənib.

Mənbə:Report