U-21 millimizin oyununa qadın hakim başçılıq edəcək

Bakı, 12 oktyabr, Sporaz.tv

U-21 millimizin Avropa çempionatının seçmə mərhələsinin 10-cu turu çərçivəsində keçiriləcək İngiltərə – Azərbaycan matçına hakim təyinatları açıqlanıb.

Sporaz.tv məlumat verir ki, görüş xorvatiyalı qadın hakim İvana Martincic olacaq. Ona yan xətt hakimləri qismində Sanja Rodak-Karsic və Maya Petravich kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Sabina Boliç yerinə yetirəcək.

Oktyabrın 15-də “Ashton Gate” stadionunda keçiriləcək İngiltərə – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.