Təmsilçimiz Çempionlar Liqasında mübarizəni dayandırıb

Bakı, 26 avqust, Sporaz.tv

UEFA Çempionlar Liqasının ilkin mərhələsinin H qrupunda təmsilçimiz “Araz-Naxçıvan” futzal klubu, son oyununu keçirib.

Sporaz.tv məlumat verir ki, futzal klubumuz İsveç təmsilçisi “Uddevalla” ilə qarşılaşıb. Göstərdiyi performansa, vurduğu qollara, buraxılan toplara baxsaq klubumuza sadəcə məğlub olmamaq kifayət edirdi. Qarşılaşmada ilk qolun müəllifi meydanın sahibləri olub. Fasiləyə qədər Caique ststus-kvonu hesabı bərpa etməyi bacarıb. İkinci hissəyə rəqib komanda qol ilə başlayıb. Qol müəllifi Furudabl olub. Oyunun 37-ci dəqiqəsində Kənan Manafov, atdığı zərbə ilə klubunu hesabda önə çəkməyi bacarıb. Matçın son 3-cü dəqiqəsində atılan qol nəticəsində təmsilçimiz hesabda geriyə düşür. Hesabı 4:3 edən rəqib komanda, yekunda meydanda qalib gəlməyi bacarıb. Təmsilçimiz məğlub olaraq mübarizəni dayandırıb.

Onuda qeyd edək ki, təşkilatçı olan ölkə komandası ilə “qırmızı- ağlar” buna qədər qrupda keçirdiyi hər iki matçı qələbə ilə başa vurmuşdu.