Bakı, 28 oktyabr, Sporaz.tv
“Roma“-da keçirilən “Fiorentina” matçının fasiləsində baş məşqçi İvan Juric və Gianluca Mancini arasında dava olduğu bildirilib. İtaliya mətbuatında çıxan xəbərlərdə Juric və Mancininin vuruşduğu iddia edilib.
Sporaz.tv məlumat verir ki, A Seriyasının 9-cu turunda “Roma”, səfərdə “Fiorentina” ilə üz-üzə gəlib. “Roma” matçda 5:1 hesabı ilə uduzduğu halda, matçın fasiləsində baş məşqçi İvan Juriclə müdafiəçi Gianluca Mancini arasında mübahisə yaranıb.
Juric və Mancini “Fiorentina” matçının fasiləsində mübahisə edib. Sözügedən qarşılaşmaya ilk 11-də başlayan Mancini, ikinci hissə başlamadan meydandan çıxarılıb.
Xəbərdə “Roma”-nın prezidenti Dan Friedkinin baş məşqçi İvan Jurici istefaya göndərmək barədə ciddi düşündüyü bildirilib.
Yenə İtaliya xəbərlərində Juricin yerinə ən böyük namizədin Daniele De Rossi olduğu qeyd edilib.