Türkiyəli güləşçiyə 3 illik qadağa qoyulub

Bakı, 16 oktyabr, Sporaz.tv

20 yaşadək gənclər arasında 2024-cü il Avropa Güləş Çempionatında sərbəst üsulla 79 kiloqram çəki dərəcəsində gümüş medal qazanan Cengizhan Ramazan Doğan, dopinq səbəbiylə 3 il müddətinə futboldan uzaqlaşdırılıb.

Sporaz.tv məlumat verir ki, Türkiyə Antidopinq Komissiyasının saytında verilən açıqlamada, cəzaya səbəb idmançının dopinq nümunəsində qadağan olunmuş “boldenon” maddəsinin olması göstərilib.

Buna görə Cengizhan Ramazan Doğan, 5 iyul 2024-cü il tarixindən etibarən 3 il güləş fəaliyyətlərində iştirak edə bilməyəcək.