Türkiyə millisi, Avropa üçüncüsü olub

Bakı, 24 iyun, Sporaz.tv

Qılıncoynatma üzrə kişilərdən ibarət Türkiyə milli komandası, İsveçrədə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Sporaz.tv xəbər verir ki, Türkiyə Qılıncoynatma Federasiyasından verilən məlumata görə, Bazeldə davam edən çempionatda Enver Yıldırım, Furkan Yaman,Muhammed Furkan Kalender ve Tolga Aslandan ibarət milli komanda üçüncülük matçında Almaniya ilə qarşılaşıb.

Rəqibini 45-42 hesabı ilə məğlub edənTürkiyə Milli Komandası Avropa üçüncüsü olub. Bu uğur Türkiyə qılıncoynatma tarixində 2022-ci ildən sonra ikinci Avropa reytinqi olub.