Türkiyə Kubokunun finalının keçiriləcəyi stadion müəyyənləşir: TFF prezidentlər üçün görüş təyin edib

Bakı,10 may, Sporaz.tv

Ziraat Türkiyə Kuboku finalının “Beşiktaş” – “Trabzonspor” matçının harada oynanacağına qərar verilir. TFF prezidenti Mehmet Büyükekşi məsələni müzakirə etmək üçün Həsən Arat və Ərtoğrul Doğanı Rivaya dəvət edib.

Sporaz.tv  xəbər verir ki, Türkiyə Futbol Federasiyasından (TFF) alınan məlumata görə, TFF prezidenti Mehmet Büyükekşi mayın 13-ü bazar ertəsi kubokun finalında mübarizə aparacaq “Beşiktaş” və “Trabzonspor”un idarəçilərini məsləhətləşmə toplantısına dəvət edib.

“Beşiktaş”ın prezidenti Həsən Arat və “Trabzonspor”un prezidenti Ərtoğrul Doğanın da qatılacağı görüş TFF-nin Rivadakı qərargahında saat 13.00-da başlayacaq.

Ziraat Türkiyə Kubokunun yarımfinal revanş oyununda “Ankaragücü”nü 1:0 hesabı ilə məğlub edən “Beşiktaş”la səfərdə “Fatih Karagümrük”ə 4:0 hesabı ilə qalib gələn “Trabzonspor” finalda üz-üzə gələcək.

Mayın 23-də keçiriləcək matçda iki komanda 33 mövsümdən sonra kuboku qazanmaq üçün bir-biri ilə mübarizə aparacaq.

Bahar Rüstəm