Türkiyə kubokunun finalı Atatürk Olimpiya Stadionunda oynanılacaq

Bakı,13 may,Sporaz.tv

Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet BüyükekşiBeşiktaş”la “Trabzonspor” arasında Türkiyə Kuboku finalının Atatürk Olimpiya Stadionunda keçiriləcəyini açıqlayıb.

Spoaz.tv xəbər verir ki, Atatürk Olimpiya Stadionunda mayın 23-də “Beşiktaş” ilə “Trabzonspor” arasında oynanılacaq Ziraat Türkiyə Kubokunun final matçı keçiriləcək.

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşi, “Beşiktaş” klubunun prezidenti Hasan Arat və “Trabzonspor” klubunun prezidenti Ertoğrul Doğan TFF-nin Rivadakı mənzil-qərargahında keçirdikləri görüşdən sonra mətbuata açıqlama veriblər.

İki klubun prezidenti ilə çox məhsuldar görüş keçirdiklərini ifadə edən Mehmet Büyükekşi, “Bu görüşün nəticəsində Ziraat Türkiyə Kubokunun finalının Atatürk Olimpiya Stadionunda oynanacağına birgə qərar verdik. Yarımfinalda hər iki komandaya uğurlar diləyirəm, “Avtomatik ofsayd sistemini tətbiq edəcəyik və xarici VAR hakimi də gətirəcəyik.” dedi.

Hasan Arat da Türkiyə futbolu üçün doğru qərarın verildiyini vurğulayaraq, “Çox yaxşı görüş keçirdik. Sabah təhlükəsizlik toplantısı olacaq. Tribunalar bölünəcəksə, püşkatma olacaq. Yer müəyyənləşəcək. Atatürk Olimpiya Oyunlarında İstanbulda keçiriləcək matçın şərəf tribunasında şəhid yaxınları və qazilərimiz üçün ayrılıb. Türkiyənin bir araya gəlməsi, döyüşməsi üçün darıxdığımızı söylədik. Olimpiadada centlmen bir şəkildə hər kəs üçün doğru bir qərar verildi buna layiq olan qalib gəlir” dedi.

Ertoğrul Doğan Türkiyə Kubokunun finalının Türkiyə futbolunun birliyi üçün mühüm şans olduğunu vurğulayaraq, “Çox müsbət görüş keçirdik. Çox vacib qərarlar alındı. Hər iki komandanın azarkeşləri idman ustalığı nümunəsi göstərəcəklər. Əminəm ki, Bunun üçün arzumuz centlmenlik oyunudur.” Türkiyəyə çox fərqli bir mesaj verəcəyik” deyib.

Bahar Rüstəm