“Türkiyə böyük oyunçulara sahibdir”

Bakı, 21 iyun, Sporaz.tv

2024-cü il Avropa Futbol Çempionatının (AVRO 2024) F qrupunun ikinci oyununda Türkiyə ilə qarşılaşacaq Portuqaliya yığmasının hücumçusu Diogo Jota, aypara ulduzların üst səviyyə futbolçularına qarşı diqqətli olması lazım olduğunu bildirib.

Sporaz.tv xəbər verir ki, Portuqaliya Millisinin düşərgə etdiyi Almaniyanın Harsewinkel qəsəbəsində təşkil edilən mətbuat konfransında açıqlama verən Jota, “Türkiyə ilə ilk oyunumuzdan fərqli bir oyun gözləyirik. Oyunçuların keyfiyyəti yüksək səviyyədədir. Taktiki olaraq Çexiya ilə oyundan fərqli oynayırlar. Türkiyə, arxada dayanıb müdafiə olunmağa öyrəşməyib. İstədiyimizi edə bilsək, üç xalı əldə edib qrupdan çıxa bilərik, buna görə də onlara çox yer və fərq yaratmaq üçün vaxt verməməliyik”- dedi.

Türkiyə millisinin Gürcüstanla ilk qrup matçının bir hissəsini izlədiyini bildirən Jota: “Türk azarkeşlər komandalarını çox dəstəklədilər. Gördüm ki, qol verilmədi, sonra hər şey birdən dəyişdi. Futbol belədir. Portuqaliyanın Türkiyəyə Gürcüstan qədər yer verməsindən söz gedə bilməz.” Açığı, bizim ilk hədəfimiz qrup mərhələsini keçməkdir və ümid edirik ki, hər şey yaxşı olacaq. Bu matçdan ən yaxşı şəkildə ayrıla bilərik”- sözlərini də qeyd edib.

AVRO-2024 F qrupunun ikinci oyununda Türkiyə və Portuqaliya yığmaları BVB Dortmund Stadionunda iyunun 22-si GMT vaxtı ilə saat 19:00-da qarşılaşacaq.