Türkiyənin taleyüklü matçında Montellanı çətin qərar gözləyir

Bakı, 25 iyun, Sporaz.tv

Türkiyə Millisinin AVRO-2024-də taleyini həll edəcək Çexiya matçında qapını kimin qoruyacağı maraq doğurur. Portuqaliya matçında əlcəkləri Altay Bayındıra verən Vincenzo Montella Çexiya qarşısında fərqli seçim edə bilər.

Sporaz.tv xəbər verir ki, AVRO-2024-ün F qrupunun son oyununda Çexiya ilə qarşılaşacaq Türkiyə Milli Komandasının qarşısında qapıçı məsələsi var.

Portuqaliya ilə 3:0 hesablı matçda qapını qoruyan Altay Bayındırın əhval-ruhiyyəsi aşağıdır.

Gürcüstanı 3:1 hesabı ilə məğlub edən matçda qapısını qoruyan Mert Günokun müalicəsi davam edir.

Altay Bayındır və Mert Günokdan sonra Vincenzo Montellanın əlcəyi Uğurcan Çakıra verə biləcəyi bildirilib.

Milli komanda 26 iyun çərşənbə günü saat 22:00-da Çexiya ilə qarşılaşacaq. “Ay-ulduzlu” komandanın qrupdan çıxması üçün 1 xal kifayətdir.

Bahar Rüstəm